gototop gototop

Словарь

HİDROAKKUMULYASİYA ELEKTRİK STANSİYASI, HAES

(ingiliscə - Pumped-storage hydroelectricity, PSH - Hidroakkumulyasiya elektrik stansiyasi) müəyyən yüksəklik fərqinə malik iki su hövzəsini (aşağı və yuxarı su anbarları) birləşdirən, həm nasos (pump), həm də turbin (generator) rejimində fəaliyyət göstərən, az enerji tələb olunan gecə saatlarında energetika sistemindən digər elektrik stansiyalarının izafi gücünü alaraq, həmin enerjini yuxarı hövzədə suyun potensial enerjisi kimi akkumulyasiya etməklə onu pik saatlarında yenidən sistemə qaytaran Su Elektrik Stansiyası. HAES tikinti xərcləri SES-lərdən iki dəfə ucuz başa gəlir, o, energetika sistemində tezliyin tənzimlənməsi, qəza əleyhinə cəld işə qoşulan və pik saatlarında operativ ehtiyat gücünün artması effekti ilə fərqlənir.