gototop gototop

Словарь

DÜNYA VAXTI - UNİVERSAL VAXT

(ingiliscə - Universal Time, UT - Univesal vaxt, UT) Yerin fırlanmasına əsaslanan vaxt ölçüsü. 1 yanvar 1925-ci ildə dövriyyəyə daxil olmuşdur. Dünya vaxtı bəzən səhvən Koordinasiya olunmuş Universal Saat (UTC) vaxtı üçün sinonim kimi istifadə edilən “Qrinviç üzrə Orta Vaxt”ın (GMT) müasir bir əvəzdir. Faktiki olaraq “dünya vaxtı” ifadəsi çoxşaxəlidir. Belə ki, onun bir neşə versiyası mövcuddur. Bu versiyalar hamılıqla günəş vaxtına yaxın olmaq üçün miqyaslandırma faktorundan və digər düzəlişlərdən istifadə edərək Yerin uzaq səma cisimlərinə (ulduzlar və kvazarlar) nisbətən fırlanmasına əsaslanır. Onlar arasında UT0 və UT1 daha mühümləri hesab edilir: UT0, ulduzların və ya xarici xarici radio mənbələrinin, həmçinin Ayın və Yerin süni peyklərinin gündəlik hərəkətinin müşahidələri ilə təyin olunan dünya vaxtıdır. UT0 üçün Yerin coğrafi qütbünün Yerin ani fırlanma oxundan yerdəyişməsini kompensasiya etmək üçün heç bir düzəliş tətbiq olunmur. Qütb hərəkəti adlanan bu yerdəyişmə Yerdəki hər nöqtənin mövqeyini bir neçə metr dəyişdirir, buna görə fərqli müşahidəçilər eyni zamanda fərqli UT0 dəyərləri alacaqlar. Beləliklə, UT0 vaxtı, qəti şəkildə desək, ümumdünya deyil. O həmçinin Yerin qeyri-bərabər fırlanması səbəbindən də bərabər deyildir; UT1 və ya universal vaxt dünya vaxtının əsas versiyasıdır. Konseptual olaraq bu 0° uzunluqdakı yerli orta günəş vaxtı olsa da, ortalama Günəşin ölçmələrini həyata keçirmək çətindir. Bu səbəbdən UT1, dünyanın kvazarlara nisbətən fırlanma bucağına nisbətdə hesablanır. Daha doğrusu isə Beynəlxalq Səma Koordinat Sisteminə (ICRS) nisbətində hesablanır. ICRS ilə əlaqədar GMT üçün müasir bir əvəz kimi Yerin Dönmə Bucağını (ERA) da təyin olunur.