gototop gototop

Словарь

DÜNYA TƏBİƏT FONDU

(ingilcə - World Wide Fund for Nature, WWF - Dünya Təbiət Fondu, World Wildlife Fund - Dünya Vəhşi Təbiət Fondu) ətraf mühitin qorunması, tədqiqi və bərpası sahəsində çalışan beynəlxalq ictimai təşkilat. WWF 100-dən çox ölkədə fəaliyyət göstərən, çoxsaylı ekoloji layihəsini dəstəkləyən 5 milyondan çox tərəfdarı olan dünyanın ən böyük müstəqil ətraf mühit təşkilatıdır. Onun əsas məqsəd Yer kürəsinin bioloji müxtəlifliyini qorumaq, başlıca missiyası isə planetin təbii mühitinin artan deqradasiyasının qarşısını almaq və insanla təbiət arasında davamlı harmoniyaya nail olmaqdır. 1961-ci ildə təsis edilmişdir. Mənzil qərərgahı İsveçrənin Qlan şəhərində yerləşir.