gototop gototop

Словарь

DOMEN

(fransızca - domaine - sahə) sahə, struktur vahidi. İnformasiya texnologiyaları sahəsində domen veb saytın internetdəki adı və ünvanını ifadə edir. O, kompüterlərin istifadəçilərin ünvanını asanlıqla yadda saxlamaları üçün internet Protokol (İP) ünvanlarına verilən hərf və rəqəmlərdən ibarət sistem formasıdır. 1985-ci ildə ilk funksional domenlər yaradılmışdır.  Hazırda müxtəlif domen uzantıları: gov - dövlət təşkilatları, name - fiziki şəxslər, com - kommersiya təşkilatları, org - qeyri- kommersiya təşkilatları, edu - təhsil müəssisələri, info - kütləvi informasiya vasitələri biz - sahibkarlıq fəaliyyəti, net - internet şəbəkəsinin inkişaf etdirənlər mövcuddur.