gototop gototop

Словарь

BEYNƏLXALQ ELEKTROTEXNİKİ KOMİSSİYA

(ingiliscə - International Electrotechnical Commission, IEC - Beynəlxalq Elektrotexniki Komissiya, İES) elektrik, elektron və əlaqəli texnologiyalar sahəsində standartlaşdırma üzrə beynəlxalq qeyri-kommersiya təşkilatı. 1906-cı ildə qurulmuşdur və milli standartlar xidmətlərinin nümayəndələrindən ibarətdir. Bir sıra IEC standartları Beynəlxalq Standartlaşdırma Təşkilatı - ISO ilə birlikdə hazırlanır. 83 ölkəni həqiqi və assosiativ üzv kimi əhatə edir. Cənub-Şərqi Asiyada (Sinqapur), Latın Amerikasında (Sao Paulo, Braziliya) və Şimali Amerikada (Boston, ABŞ) regional mərkəzləri var. Mənzil qərargahı İsveçrənin paytaxtı Cenevrə şəhərindədir.