gototop gototop

Словарь

BEYNƏLXALQ DAYANIQLI ENERJİ ŞƏBƏKƏSİ - INFORSE

(ingilcə - International Network for Sustainable Energy - Beynəlxalq dayanıqlı enerji şəbəkəsi) Ətraf mühitin qorunması və yoxsulluğun azaldılması üçün bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində fəaliyyət göstərən qeyri-kommersiya təşkilatlarının beynəlxalq şəbəkəsi. INFORSE 1992-ci ildə BMT-nin Ətraf Mühit üzrə Konfransının (Yer Sammiti) paralel forumu - Qlobal Forumda təsis olunmuşdur. 1998-ci ildə BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) məsləhətçi statusu almışdır. INFORSE Asiya, Afrika və Avropanın regional koordinatorları ilə işləyir. Mənzil qərargahı Danimarkanın Orxus şəhərində yerləşir.