gototop gototop

Словарь

TƏBİİ QAZ KONDENSATLARI

(ingilscə - natural gas liquids, NGL - təbii qaz kondensatları) təbii qazlardan kondensasiya olunan maye və ya mayeləşdirilmiş karbohidrogenlərin qarışığı. Tərkibinə etan, propan, heksan, butan (normal və izobutan), (izo) pentan və pentanlar və daha ağır karbohidrogenlər daxildir. Rəngsiz və ya az rəngli bir mayedir. Təbii şəraitdə (yataqlarda) bir qayda olaraq qazlı vəziyyətdədir. Böyük həcmdə qaz kondensat və qaz kondensat-neft yataqlarından, kiçik həcmdə neftin hazırlanması prosesində səmt qazından alınır. Müəyyən miqdarda sırf qaz yataqlarında da tapıla bilir. Sabit qaz kondensatı xammal olaraq benzin, liqroin, kerosin, yağlar və həmçinin aromatik karbohidrogenlər - benzol, toluol, ksilolun alınmasında istifadə olunur.