gototop gototop

Словарь

SOCAR METANOL ZAVODU

(ingiliscə - SOCAR Methanol Plant - SOCAR Metanol zavodu) qazdan metanol istehsalını təmin edən müəssissə. İllik istehsal gücü 650-700 min tondur. Zavod Azərbaycanda qazı xammal qismində istifadə edən ilk müəssisədir. Burada istehsal olunan, təmizlik dərəcəsi 99,98% olan metil spirti - “A” sinif (klass) kimi dünyada ən təmiz metanol məhsulu sayılır. Məhsulun 95%-i ixraca yönəldilir. Metanolun xammal kimi istifadə ediləcəyi yeni istehsal sahələri işə salındıqdan sonra isə bu nisbət dəyişəcəkdir. Gələcəkdə Azərbaycanda metanol həm alternativ enerji mənbəyi kimi geniş tətbiqini tapacaq və həm də onun benzinə əlavə edilmək xüsusiyyətindən istifadə ediləcəkdir. Zavod 2013-cü ildə istismara verilmişdir və Bakı şəhəri Qaradağ rayonu ərazisində (Salyan şossesi) yerləşir.