gototop gototop

Словарь

SƏNAYE ZONASI

(ingiliscə - industrial area, industrial zone - sənaye zonası) regional normativlər, hüquqi aktlar əsasında təyin edilən sərhədlər hüdudlarında istehsal və sənaye xarakterli şəhər, rayon və digər yaşayış məntəqəsi ərazisinin hissəsi. Sənaye zonası həmçinin təyin edilən sərhədlər hüdudlarında torpaq sahələri, qurğular və kommunikasiyalar əhatə edən ərazi hissəsidir. Sənaye zonası planlaşdırılan zaman ərazinin istehsal funksiyalığı azı 60-65% həddində götürülür və bu zaman sənaye obyektləri mümkün qədər kompakt şəkildə yerləşdirilir və onlar arasında digər funksiyalı nəhəng təsisatın olmasına yol verilmir. Burada həmçinin zonanın ümumşəhər əhəmiyyətli nəqliyyat magistralları ilə təminatı da xüsusi nəzərə alınır.