gototop gototop

Словарь

POLİMER

(yunanca - πολύ - çox, + μέρος - hissə) kimyəvi olaraq makromolekullarla və ya koordinasiya əlaqələri birləşmiş “monomer hissələrdən” ibarət qeyri-üzvi və üzvi, amorf və kristallik maddələr. Yüksəkmolekulyar birləşmə olan polimerlər monomerlərdən polimerləşmə və ya polikondensasiya reaksiyaları nəticəsində yaranır və əksərən sintetik yolla alınır. Polimerlərə çoxsaylı təbii birləşmələr - zülallar, nuklein turşuları, polisaxaridlər, kauçuk və digər üzvi maddələr aiddir. Polimerlərin adları monomerlərdən, onların adlarına poli sözü (polietilen, polipropilen, və s.) artırmaqla yaranır. Polimerlər qiymətli xassələri sayəsində maşınqayırmada, avtomobil, gəmiqayırma, aviasiya, toxuculuq sənayesində, kənd təsərrüfatı, tibb və məişətdə (tekstil və gön-dəri məmulatı, qab-qacaq, yapışqan, boyalar, bəzək əşyaları və s. predmetlər) tətbiq olunur. Yüksəkmolekullu birləşmələr əsasında plastmas, rezin, lif, plyonka, boya və lak örtüyü hazırlayır. Canlı orqanizmlərin bütün toxumaları yüksək molekullu birləşmələr yaradır.