gototop gototop

Словарь

KİL KANALI

(almanca - Nord-Ostsee-Kanal - Kanal Nord-Ostzee - ingiliscə - Kiel Canal - Kil kanalı) Almaniya Federativ Respublikası ərazisində Baltik dənizi ilə Atlantik okeanına çıxışla Şimal dənizini birləşdirən, gəmiçilik üçün nəzərdə tutulan beynəlxalq su kanalı. Tikintisi 8 il davam etmiş və üzgüçülük üçün 20 iyun 1895-ci ildə açılmışdır. 1919-ci ildə Versal sülh müqaviləsinə əsasən beynəlxalq rejimli azad fəaliyyətə keçmişdir. 1948-ci ilə kimi Kayzer Vilhelm Kanalı (almanca - Kaiser-Wilhelm-Kanal - Kayzer Vilhelm Kanalı) kimi tanınmışdır. Sonradan Kil şəhərinin şərəfinə adlandırılmışdır. Kanalın hüquqi rejimi birtərəfli qaydada Almaniya Federativ Respublikası tərəfindən həyata keçirilir. Uzunluğu 98,7 km, eni 100-dən çox, dərinliyi 11-dir. Avropada ən yüklü gəmi kanalı hesab olunur. Gün ərzində kanaldan orta hesabla 250 gəmi keçir. Bu kanal Baltik və Şimal dənizlərini ayıran Yuland yarımadası ətrafı su yollarından 519 km olmaqla bir sutkalıq vaxt qənaətinə imkan verir və həmçinin dəniz qasırğqalarından yan keçməyə şərait yaradır. Kanalın açılışı faktiki olaraq Yuland yarımadasını adaya çevirmişdir.