gototop gototop

Словарь

İNDUSTRİAL CƏMİYYƏT NƏZƏRİYYƏSİ

(ingiliscə - theory of industrial society - industrial cəmiyyət nəzəriyyəsi) tədqiqat obyekti maddi nemətlərin dəyərinə təbii sərvətlərin hasilatı, emalı və həmçinin sənayenin daha çox töhfə verdiyi ictimai-iqtisadi inkişaf səviyyəsini xarakterizə edən cəmiyyət tipinin çıxış etdiyi nəzəriyyə. İndustrial cəmiyyət nəzəriyyəsinə görə, texniki tərəqqi və geniş həcmli maşınlı istehsal bütün ölkələrin inkişafının ümumi modeli olaraq sənaye cəmiyyətinin yaranışının əsasını təşkil edir. Nəzəriyyəyə görə, industrial cəmiyyətin yaranışı XX əsrdə korporasiyaların yüksəlişi ilə bağlıdır. İndustrial cəmiyyət nəzəriyyəsinin banisi amerikalı iqtisadçı, sosioloq və biznes filosofu Piter Draker (1909-2005) hesab olunur.