gototop gototop

Словарь

ƏN AZ İNKİŞAF ETMİŞ ÖLKƏLƏR

(ingiliscə - Least Developed Countries - Ən az İnkişaf etmiş Ölkələr) Ücüncü Dünyadan ayrılaraq inkişaf etməkdə olmayan (çox zaman vətəndaş müharibələri ilə əlaqədar) dünyanın bir sıra yoxsul ölkələridir. Onlara aşağı həyat səviyyəsi, zəif iqtisadiyyat, insanlar və resursların təbii təsirlərə məruz qalması xasdır. Kateqoriya, əksərən, Afrika qitəsindəki ölkələrə şamil olunur. İstilahdan BMT çərçivəsində rəsmi istifadə edilir. Ən az İnkişaf etmiş Ölkələr qrupu kateqoriyasına daxilolma onlara müəyyən imtiyazlar verir. Belə ki, həmin ölkələr inkişaf üçün güzəştli maliyyə yardımları alır, bazarlara preferensial (xüsusi imtiyaz) giriş əldə edir, BMT-nin müvafiq texniki yardım proqramlarından (UNCTAD çərçivəsində belə ölkələr üçün xüsusi proqramlar fəaliyyət göstərir) yararlanırlar.