gototop gototop

Словарь

DAYANIQLI İNKİŞAF .

(ingiliscə - sustainable development - dayanıqlı və ya davamlı inkişaf) harmonik, balanslaşdırılmış inkişaf. Dayanıqlı inkişaf təbii ehtiyatların istismarını, investisiyaların yönəldilməsini, elmi-texniki inkişafın təmayülünü, şəxsiyyətin inkişafı və institusional dəyişiklikləri özündə ehtiva edən, bir-biri ilə razılaşdırılıb, insan tələbatının və səylərinin ödənilməsi üçün indiki və gələcək potensialı möhkəmləndirən iqtisadi və sosial dəyişikliklər prosesi kimi səciyyələndirilir. Bir çox hallarda dayanıqlı inkişaf insanların həyat keyfiyyətinin təmin edilməsini əhatə edir