gototop gototop

Словарь

CƏNUB QAZ DƏHLİZİ

(ingiliscə - Southern Gas Corrido - “Cənub” qaz dəhlizi) “Şahdəniz - 2” çərçivəsində hasil edilən qazın Xəzər dənizindən Avropaya - 3500 km məsafəyə nəqlini nəzərdə tutan nəhəng infrastruktur layihəsi. Dəyəri 45 milyard ABŞ dolları olan layihə 7 dövləti və 11 şirkəti özündə əhatə edərək, Xəzər regionundakı qaz təchizatını ilk dəfə olaraq Avropa bazarları ilə birləşdirəcəkdir. Layihə bir neçə komponentdən ibarətdir: “Şahdəniz” qaz yatağının işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) Azərbaycan və Gürcüstan ərazisi boyunca yeni paralel boru kəməri vasitəsilə genişləndirilməsi, qazın Türkiyə ərazisi boyunca - TANAP xətti və Yunanıstan, həmçinin Albaniya ərazisindən keçməklə İtaliyaya TAP layihəsi ilə nəqli. Layihələr beynəlxalq aləmdə birlikdə Cənub Qaz Dəhlizi kimi tanınır. 2014-cü ilin sentyabr ayında Bakıda “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. “Nabucco WEST” “Cənub” qaz dəhlizinin bir tərkib hissəsidir. Bu, Avropa Komissiyasının ilk prioriteti olmuşdur.