gototop gototop

Словарь

VERGİTUTMA REYTİNQİ

(ingiliscə - ranking of paying taxes - vergilərin ödənilməsi reytinqi) - Dünya Bankı (The World Bank) tərəfindən hər il nəşr edilən “Biznes Etmək Hesabatı” (Doing Business Report) çərçivəsində tərtib olunan, vergilərin ödənilməsi ilə bağlı reyrinq göstərici. Üç əsas göstərici əsasında təyin edilir: 1) Bir ildə vergi ödəmələrinin sayı (Payments, number per year): orta hesabla ölkədə orta ölçülü bir firmanın bir ildə vergi ödəmələrinin sayını ifadə edir; 2) Bir ildə vergi ödəmələrinə sərf olunan saatlar (Time, hours per year): orta hesabla ölkədə orta ölçülü bir firmanın bir ildə vergi ödəmələrinə sərf etdiyi saatları ifadə edir; 3) Məcmu vergi dərəcəsi (Total tax rate, % of profit): orta hesabla ölkədə orta ölçülü bir firmanın, sosial müdafiə ayırmaları da daxil olmaqla, ödədiyi bütün vergilərin mənfəətindəki payını ifadə edir.