gototop gototop

Словарь

VALYUTA BİRJASI

(ingiliscə - Currency Exchange - valyuta birjası) - valyuta kursu əsasında bir-birindən fərqli iki pul vahidinin mübadiləsinin həyata keçrildiyi birja. Valyuta birjasında həm azad, həm də rəsmi valyuta kursu fəaliyyət göstərir. Rəsmi valyuta kursu əsasında dövlətin bütün valyuta əməliyyatları aparılır. Bu kurs həm də valyuta birjalarının iş saatından kənar vaxt ərzində də həyata keçirilən bütün valyuta əməliyyatları üçün əsas meyar hesab edilir.