gototop gototop

Словарь

ÜMUMİ BAZAR

(ingiliscə - common market - ümumi bazar) - öz iştirakçılarına qarşılıqlı ticarət və vahid xarici ticarət tarifi ilə yanaşı, kapitalın və işçi qüvvəsinin hərəkət azadlığı verən, iqtisadi siyasətin razılaşdırılmasının təmin edilməsi ilə xarakterik olan mürəkkəb inteqrasiya forması. Ümumi bazarın fəaliyyəti zamanı sosial və regional inkişafa kömək fondları formalaşır, idarəetmə və nəzarətin üstmilli orqanları yaradılır, hüquqi sistem təkmilləşir, bununla da ümumilkdə vahid iqtisadi, hüquqi və informasiya məkanı yaradılır.