gototop gototop

Словарь

AZAD İQTİSADİ ZONALAR, AİZ

(ingiliscə - Free Economic Zones, FEZs - Azad İqtisadi Zonalar, AİZ) - yerli və xarici sahibkarlar üçün müəyyən iqtisadi güzəştlər sisteminin tətbiq edildiyi, məxsusi hüquqi stutusu olan əlahiddə ərazi. Güzəştlər sistemi gömrük, icarə, valyuta, vizit, əmək rejimi, vergi, normativ-hüquqi aktlar və s. kimi elementlər əhatə edir. AİZ-lər ümumi sosial-iqtisadi, elmi-texniki və texnoloji problemlərin həlli, industrial inkişafın investisiyalaşması, iqtisadi inteqrasiyanın, xarici ticarətin genişləndirilməsi, beynəlxaq əmtəə dövriyyəsinin aktivləşməsi və digər bu kimi əhəmiyyət daşıyan məqsədlər üçün təşkil olunuraq, dünya təsərrüfatında iqtisadi artımın sürətlənməsini və beynəlxalq əmtəə dövriyyəsinin aktivləşməsini səmərəliliklə təmin edirlər.