gototop gototop

Словарь

UNICEF

(ingiliscə - United Nations International Children’s Emergency Fund, UNICEF - Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu) - uşaq hüquqlarının qorunması məqsədli BMT təşkilatı. 1954-cü ildə təsis edilmişdir. UNİCEF-in yardımları uşaqlara yardım proqram və planlarının hazırlanmasının dəstəklənməsi, bu proqramların həyata keçirilməsi üçün material və avadanlıqların verilməsi və inkişaf etməkdə olan ölkələrin özündə Fond heyətinin hazırlanması üçün lazımı vəsait və kadrların ayrılmasını əhatə edən üç formada həyata keçirilir. Uşaq və körpələrin problemlərini ön plana çəkən universal qurumlardan biri kimi UNİCEF tamamilə könüllü yardımlar hesabına fəaliyyət göstərir. Bütün yardımların 30%-dən çoxu uşaq sağlamlığının qorunmasına (vaksinlər, uşaq qidası, və s. alınmasına) sərf edilir. UNİSEFİN mənzil-qərargahları ABŞ-da Nyu-York şəhərində, Danimarkada Kopenhagen şəhərində və İtaliyada Florensiya şəhərində, regional şöbəsi isə İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərir.