gototop gototop

Словарь

TOKİO FOND BİRJASI, TSE

(yaponca -東京証券取引, ingiliscə - Tokyo Stock Exchange, TSE - Tokio Fond Birjası, TFB) - qiymətli kağızlarla ticarət əməliyyatlarının aparıldığı Asiyanın ən böyük fond birjasıdır. 1878-ci ildə yaradılmışdır. Kapitallaşma həcminə görə dünya reytinqində ikinci yeri tutur. Tokio Fond Birjası Asiya və Okeaniya (Asian and Oceanian Stock Exchanges Federation, AOSEF) fond birjalarının tərkibinə daxildir ki, o, həmin regionda vahid informasiya məkanı yaradılması məqsədilə 19 fond birjasını (bunların sırasında Bombey, Şanxay, Honkonq, Hindistan və digər iri birjalar vardır) birləşdirir. Birja Yaponiyanın qiymətli kağızlar dövriyyəsinin 80%-ni özündə cəmləşdirir və dünyanın ən nüfuzlu ticarət meydanlarından biri sayılır. Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşir.