gototop gototop

Словарь

ŞƏBƏKƏ İQTİSADİYYATINDA İŞTİRAKA HAZIRLIQ İNDEKSİ

(ingiliscə - networked readiness index, NRI - şəbəkə iqtisadiyyatında iştiraka hazırlıq indeksi) İKT imkanlarından ölkənin istifadə etmək qabiliyyətini qiymətləndirən, Dünya Bankının dəstəyi ilə INFODEF layihəsi çərçivəsində ABŞ-ın Harvard Universitetinin Beynəlxalq İnkişaf Mərkəzi tərəfindən hazırlanan indeks. Bu indeks İKT-nin inkişafına təsir göstərən əsas amillər barədə biznes liderlərini və siyasətçiləri məlumatlandırır. Belə informasiya uzunmüddətli planda şəbəkə iqtisadiyyatına bütün dünyadan daha çox sayda adam, təşkilat və qruplar cəlb etməyə yardımçı olur.