gototop gototop

Словарь

SUBURBANİZASİYA

(latınca - sub - altında, ətrafında və urbanus - şəhər, ingiliscə - suburbanization - suburbanizasiya) - mərkəz-şəhərlərdən, həmçinin kənd yerlərindən əhalinin şəhərətrafı zonalara köçməsi ilə əlaqədar həmin zonaların artması və inkişafı prosesi. Şəhərətrafı qəsəbələrin və peyk-şəhərlərin artması, bir qayda olaraq, mərkəz-şəhərlərin artmasından daha tez baş verir. Suburbanizasiya XX əsrin 50-ci illərində inkişaf etməyə başlamışdır. Onu, xüsusilə böyük şəhərlərdə həddən artıq əhalinin və bütün fəaliyyət növləri ilə məşğul insanların cəmləşməsi nəticəsində yaşayış şəraitinin (o cümlədən ekoloji şəraitin) pisləşməsi doğurmuşdur. Prosesə həmçinin avtomobilləşmənin artımı da təsir göstərmişdir. Suburbanizasiya şəhər aqlomerasiyalarının meydana gəlməsinə səbəb olur.