gototop gototop

Словарь

AVROPA SOSİAL FONDU

(ingiliscə - European Social Fund, ESF - Avropa Sosial Fondu) - 1959-cü ildə təsis olunmuş, 1971 -ci ilin islahatı nəticəsində fəaliyyəti daha dəqiq prioritetlərlə müəyyənləşdirilmiş, məşğulluq problemlərinin həllində iştirak edən Avropa İttifaqı fondu. Avropa Sosial Fondu peşə təhsilinin inkişafı, məşğulluq proqramlarının maliyyələşdirilməsi, geri qalan sahələrin inkişafı, immiqrantların və qadınların işə düzəldilməsinə kömək etmək üçün subsidiyalar verir. Yaşı 25-ə qədər olan gənclərin işə düzəldilməsi üzrə proqramların maliyyələşdirilməsinə xüsusi diqqət yetirir.