gototop gototop

Словарь

PRODAKŞN ŞERRİNQ

(ingiscə - production sharing - məhsulun pay bölgüsü) 1). məhsulun işgüzar əsaslı bölgüsü, məhsulda pay, məhsulun əvəzinin verilməsi konpesasiyası. 2) hasilat sferasında geniş yayılmış müqavilə növü. Neft-qazçıxarmada mövcud təcrübəyə əsasən belə fəaliyyət aşağıdakı nəzəri sxem üzrə təsbit olunur. Neft hasil edən müəssisə dövlətlə sazişə girərək bir çox ödənişlər və vergilər müqabilində hasil edilən məhsulun pay bölgüsü imkanını qazanır və yalnız mənfəətdən vergi ödəyir. Hər bir saziş yerli şəraiti nəzərə almaqla fərdi xüsusiyyətlər əsasında tərtib olunur. İnvestorun payına düşmüş hasil edilən neft həm daxili, həm də xarici bazarda reallaşa bilər. Mübahisələr iqtisad məhkəmələrində həllini tapır.