gototop gototop

Словарь

PANAFRİKANİZM

Afrika qitəsində hələ müstəmləkə dövründə yaranmış, Afrika ölkələrinin yoxsulluq və gerilikdən yalnız öz qüvvələrini birləşdirməklə qurtula biləcəyinə əsaslanan ideya-siyasi hərəkat. Bu nəzəriyyə istiqamətində Afrikada çoxsaylı regional və ümumafrika təşkilat və inteqrasiya ittifaqları da yaradılmışdır. Panafrikanizm ideyasına alternativ olaraq məsuliyyət ideyası dayanır ki, onu da qitədəki indiki mövcud vəziyyət üçün keçmiş müstəmləkə dövlətləri öz üzərilərinə götürməlidir. Bu məsuliyyətin qəbul edilməsinin nəticəsi iqtisadi yardım və investisiyalar olacaq ki, bunlar da Afrika ölkələrinin iqtisadiyyatlarını modernləşdirməyə, gerilik və aclıq problemlərini həll etməyə imkan verəcəkdir.