gototop gototop

Словарь

MARKSİZM

(ingiliscə - Marxism - Marksizm. Marksçılıq) alman iqtisadçısı, filosofu və sosioloqu Karl Marks (1818-1883), alman filosofu Fridrix Engels (1820-1895) və onların ardıcılları tərəfindən işlənilən təlim, nəzəriyyə, metodoloji analiz və praktiki hərəkat üsulu. İzafi dəyər konsepsiyası və tarixi materializm metodoloji prinsiplərinə əsaslanır. Marksizm iqtisadi-siyasi konsepsiyası XX əsrdə çox geniş məkanda inqilabi dəyişikliklərə səbəb olaraq miqyaslı ölkələr silsiləsinin konstitusion ideologiyasına çevrilmişdir.