gototop gototop

Словарь

LONDON FOND BİRJASI, LSE

(ingiliscə - London Stock Exchange - London Fond Birjası, LFB) - qiymətli kağızlarla əməliyyatların aparıldığı Avropanın ən qədim və ən böyük fond birjası. Rəsmi əsası 1801-ci ildə bağlansa da, onun fəaliyyətə başlaması tarixi 1570-ci ilə “Kral birjası”nın yaranışına gedib çıxır. Birjada katirovka edilən qiymətli kağızlar “əsas” və “alternativ” olaraq iki bazara bölünür. Birjada hərraca çıxarılan səhmlərin 50%-dən çoxu xarici emitentlərə məxsusdur ki, bu da London fond birjasını beynəlxalq birjalar sinfinə aid etməyə imkan verir. Birjanın rəsmi adı Böyük Britanıya Birləşmiş Krallığının və İrlandiya Respublikasının Beynəlxalq Fond Birjasıdır. Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşir.