gototop gototop

Словарь

QİYMƏT

əmtəənin dəyərinin pulla ifadəsi. Bu zaman nağd pulun olması heç də zəruri deyildir (yəni dəyərin pulla ifadə edilməsi ideal xarakter daşıyır). Əmtəənin dəyərinin pulla ifadə olunması nəinki keyfiyyət, eyni zamanda, kəmiyyət müəyyənliyinə də malikdir. Mövcud əmtəələrin miqdarı müəyyən miqdarda qızıl kəmiyyətinə bərabər olmalıdır. Əmtəələrin və qızılın kəmiyyət ölçüsü pulun texniki funksiyası olan qiymətlər miqyası ilə əlaqədardır. Dəyərin azalması ilə, bir qayda olaraq, malın qiyməti də azalır, onun artması ilə isə artır.