gototop gototop

Словарь

KONSORSİUM

(latınca - consortium - iştirak) - kommersiya iştirakçılarının təşkilati-hüquqi birlikləri formalarından biri. Konsorsium müstəqil müəssisə və təşkilatların müvəqqəti birliyi əsasında biznes fəaliyyətini, şirkətlər və dövlətlərarsı konkret iqtisadi layihənin reallaşmasını koordinasiya etmək, sənaye kompaniyaları ilə banklar arasında müştərək maliyyə əməliyyatları keçirmək məqsədi ilə yaradılır. Konsorsumda iştirakçılarının hərəkəti lider (operator) tərəfindən koordinasiya edilir. Burada hər bir iştirakçı öz payı müqabilində konsorsiumun ümumi fəaliyyətnə xidmət edən təkliflərini hazırlayır. Konsorsium sifarişi qarşısında həmrəy məsuliyyət daşıyır. Azərbaycanda bağlanmış neft müqvilələri üzrə yaradılan əməliyyat şirkətlərinin fəaliyyəti konsorsium tərəfddaşlığı təşkilati formasına əsaslanır.