gototop gototop

Словарь

KƏMİYYƏT İQTİSADİ GÖSTƏRİCİLƏRİ

(ingiliscə - quantitative economic indicators - kəmiyyət iqtisadi göstəriciləri) ədədi ölçülərə malik, fiziki və ya pul vahidlərində (saylarda, çəki, həcm, uzunluq, sahə vahidlərində, manat, dollar və s.) ifadə olunan göstəricilər. Kəmiyyət göstəricilərinə natural və pul ölçüsündə istehsal olunan məhsulun, ixrac və idxalın həcmi, dövriyyənin və istehsal məsrəflərin kəmiyyəti, əmtəə və xidmətlərin satışından mədaxil, mənfəət, əhalinin (ölkə, region, ailə) gəlirləri və xərcləri, daxili və xarici borcun həcmi, xammal ehtiyatları və digər analoji göstəricilər aid edilir.