gototop gototop

Словарь

İSLAM MALİYYƏ SİSTEMİ

(ingiliscə - Islamic financial system - İslam maliyyə sistemi) sələmsiz, faizsiz kreditvermə sistemli, fyuçers sövdələşmələrinin istisnası zəminli, İslam qaydalarına uyğun təşkil edilən və reallaşdıralan maliyyə sistemidir. Termin olaraq geniş aspektdə 1980-ci illərdən dövriyyədədir. İslam iqtisadiyyatı ilə İslam maliyyəsinin qırılmaz vəhdəti vardır. Zəkat və ianə sisteminə əsaslanan İslam maliyyəsi, „əməklə əldə olunan mülkiyyət“ ideyasını irəli sürməklə dövlət, kooperativ və xüsüsi bölmənin balanslaşdırılmış qarşılıqlı fəaliyyət sistemi üzərində təyinat tapır. Bu maliyyə konsepsiyasında ənənəvi müsəlman vergiləri İslam iqtisadi sisteminin bir hissəsi elan olunur. İlk sıraya kapitalı deyil, sahibkar keyfiyyətini çıxaran İslam maliyyə sistemi layihənin reallaşması zamanı mümkün zərərləri investorun üzərinə qoyaraq mənfəəti biznes tərəfdaşları arasında keyfiyyət müstəvisində bölüşdürür. Bu prinsipiallıq İslamın gözlənilməz riskə davam verən asimmetrik informasiyaya qadağa qoymasına əsaslanır. Lakin bununla belə, o, riski heç də mühakimə etmir.