gototop gototop

Словарь

İNSAN İNKİŞAFI İNDEKSİ

(ingiliscə - Human Development Index, HDI - İnsan İnkişafı İndeksi) ölkələrdə insan rifahının vəziyyətini müqayisəli şəkildə qiymətləndirməyə imkan verən 4 göstərici – “doğulanda gözlənilən ömür müddəti” (life expectancy at birth), “təhsilin orta müddəti” (mean years of schooling), “gözlənilən təhsil müddəti” (expected years of schooling) və satınalma gücü paritetli “Adambaşına Ümumi Milli Gəlir” (Gross national income per capita) əsasında tərtib edilən inteqral göstərici. İnsan İnkişafı İndeksi 1990-cı ildə Pakistan iqtisadçısı Məhbub ül-Həq (1934-1998) tərəfindən işlənilmişdir və 1993-cü ildən BMT-nin insan potensialının illik hesabatlarında istifadə olunur.