gototop gototop

Словарь

İNFORMASİYA CƏMİYYƏTİ

inkişafında bilik amili və bilik sahəsi həlledici rol oynayan cəmiyyət tipi. İnformasiya cəmiyyəti həm də postindustrial cəmiyyət paradiqması kimi xarakterizə olunur. Belə təyinat onunla əsaslandırılır ki, bəşər cəmiyyətinin indiki inkişaf mərhələsində informasiya sosial tərəqqinin başlıca amilinə çevrilərək cəmiyyətin mövcudluğunu və inkişaf xarakterini bütün parametrlərdə müəyyən edir. İnformasiya mübadiləsi və reallaşması informasiyanın özündən belə üstünlük qazanır. Bu reallıq isə bir daha onu göstərir ki, texnoloji determinizm konkretləşir və yerini informasiya determinizminə verir.