gototop gototop

Словарь

İQTİSADİ TƏHLÜKƏSİZLİK

(ingiliscə - economic security - iqtisadi təhlükəsizlik) iqtisadi tələbatların səmərəli ödənilməsi, davamlı iqtisadi artım, dövlət sərvətləri və resurslarının istifadəsinə və hərəkətinə nəzarət və həmçinin ölkənin iqtisadi maraqlarının milli və beynəlxalq səviyyələrdə qorunmasının təmin edilməsi. İqtisadi təhlükəsizlik daxil və xarici təhlükələrdən ölkə təsərrüfatına düzəlməsi mümkün olmayan zərərin vurulmamasına yol verilməməni təmin edən, dövlət tərəfindən yaradılan şərait kimi də anlaşılır. İqtisadi təhlükəsizlik ölkənin milli təhlükəsizliyinin ümumi sisteminin tərkib hissəsidir, onun təməlində və maddi əsasında dayanır. O, dövlətin, cəmiyyətin, iqtisadiyyatın həyatının, demək olar, bütün tərəflərini əhatə edir. İqtisadi təhlükəsizliyin obyekti qismində həm bütövlükdə götürülmüş iqtisadi sistem, həm də onun tərkib hissələri - təbii sərvətlər, istehsal və qeyri-istehsal fondları, daşınmaz əmlak, maliyyə ehtiyatları, insan ehtiyatları, təsərrüfat strukturları, ailə, şəxsiyyət iştirak edir. Azərbaycan iqtisad elmi müstəvisində ölkənin milli iqtisadi təhlükəsizlik konsepsiyasının əsasları ilk dəfə 1994-cü ildə akademik Ziyad Səmədzadə tərəfindən işlənişmişdir. İqtisadi təhlükəsizlik şirkət aspektində konfidensial iqtisadi informasiyanın sızmasının aradan qaldırılması, kommersiya sirrinin pozulması və iqtisadi diversiyanın həyata keçirilməsi kimi məqamları şərtləndirir.- 1) daxil və xarici təhlükələrdən ölkə təsərrüfatına düzəlməsi mümkün olmayan zərərin vurulmamasına yol verilməməni təmin edən dövlət tərəfindən yaradılan şərait. 2) konfedisial iqtisadi informasiyanın firmadan sızmasını aradan qaldırılması, kommersiya sirrinin pozulması, iqtisadi diversiyanın həyata keçirilməsi.