gototop gototop

Словарь

HEYDƏR ƏLİYEV FONDU

(ingiliscə - The Heydar Aliyev Foundation - Heydər Əliyev Fondu) - müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ummilli lider Heydər Əliyevin xatirəsinə xalqın ehtiramını ifadə etmək, onun zəngin mənəvi irsini yaşatmaq, azərbaycançılıq fəlsəfəsinin əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədilə yaradılmış qeyri-hökumət, qeyri-kommersiya təşkilatı. 2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevadır.