gototop gototop

Словарь

GÜLÜSTAN MÜQAVİLƏSİ

(ingiliscə - Treaty of Gulistan - Gülüstan Müqaviləsi) - Rusiya İmperiyası ilə İran (Qacar dövləti) arasında 12 oktyabr 1813-cü ildə imzalanmış tarixi Azərbaycan ərazilərini bu iki dövlət arasında bölən birinci müqavilə. Müqavilənin adı imzalandığı yerin adı - indiki Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində olan Gülüstan kəndi ilə bağlıdır. Müqavilənin şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvanNaxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilmişdir. Müqavilənin şərtlərinə görə Xəzər dənizi ümumən Rusiyanın daxili dənizi hesab olunmuşdur.