gototop gototop

Словарь

FRANKFURT FOND BİRJASI, FWB

(ingiliscə - Frankfurter Wertpapierbörse, FWB - Frankfurt Fond Birjası, FFB) - Almaniyanın qiymətli kağızlarla əməliyyatlar aparan ən qədim və ən böyük fond birjası. Birjanın mövcudluğu tarixi 1585-ci ildən hesablanır, ilk əməliyyatlar isə burada 1820-ci ildə aparılmışdır. Birjanın əsas emitentləri kimi Almaniya bankları çıxış edir və burada qiymətli kağızların dövriyyəsi bütün Almaniyanın fond bazarının dövriyyəsinin 90%-ni təşkil edir. Frankfurt Fond Birjası Avropada London Fond Birjasından sonra böyüklüyünə görə ikincidir. Almaniya Federetiv Respublikasının Frankfurt şəhərində yerləşir.