gototop gototop

Словарь

FONDTUTUMU

(ingiliscə - capital intensity - kapitalın intensivliyi) - əsas istehsal fondlarının orta illik balans (aşınma çıxılmaqla) dəyərinin müəyyən dövrdə (rübdə, ildə) buraxılmış xalis məhsulun, yaxud əmtəəlik məhsulun həcminə nisbəti kimi müəyyən edilən göstərici. Fondtutumu göstəricisindən tikinti layihəsini işləyib hazırladıqda, məhsul buraxılışını artırmaq üçün əlavə investisiya qoyuluşu həcmini müəyyən etdikdə və digər hesablamalarda istifadə edilir. Fondveriminə əks olan göstərici kimi, əsasən, sovet statistikasında istifadə olunmuşdur.