gototop gototop

Dictionary

ƏRZAQ TƏHLÜKƏSİZLİYİ İNDEKSİ

(ingiliscə - The Global Food Security Index - Qlobal Ərzaq Təhlükəsizliyi İndeksi) - Böyük Britaniyanın “Economist” jurnalının analitik bölməsinin “The Economist Intelligence Unit” tədqiqat kompaniyası tərəfindən Amerikanın transmilli şirkəti “Dupon”nun dəstəyi ilə 2012-ci ildən, hər il olmaqla, həyata keçirilən, qlobal tədqiqat olaraq dünya ölkələrində ərzaq təhlükəsizliyi səviyyəsinin reytinqini müəyyən edən indeks. Ərzaq Təhlükəsizliyi İndeksi ilə ərzaq təhlükəsizliyi sahəsində dövlət siyasətinin və onun müvafiq sferadakı qurumlarının fəaliyyət effektivliyi ölçülür. Tədqiqatlatda dünya ölkələrinin ərzaq təhlükəsizliyi üzrə əsas göstəricilərin 3 qrupu - 1) Qida məhsullarını əldəetmə imkanlılığı və onların istehlakı səviyyəsi; 2) Qida məhsullarının mövcudluğu və təminatlılığı; 3) Qida məhsullarının keyfiyyət və təhlükəsizliyi səviyyəsi - təhlil olunur. Bu qrup göstəricilər öz-özlüyündə 28 alt göstəricinin ehtiva edir. Reytinq 100-dən (maksimal hədd - ərzaq təhlükəsizliyinin yüksək səviyyəsi) 0-a (minimal hədd) kimi ballar üzrə qiymətləndirilir.