gototop gototop

Dictionary

ƏMTƏƏ-PUL MÜNASİBƏTLƏRİ

(ingiliscə - commodity-money relations - əmtə-pul münasibətləri) - marksist siyasi iqtisadın termini olaraq bazar münasibətlərini əks etdirir. Əmtəə-pul münasibətləri istehsal prosesində və əmtəələrin reallaşması nəticəsində insanlar araslında baş verən ictimai münasibətlərdir. Bu münasibətlər icmalar arasında izafi məhsulun mübadiləsi əsasında yaranmışdır. Əmtəə-pul münasibətləri müxtəlif istehsal üsulları zamanı mövcud olub, həmin istehsal üsulunun istehsal münasibətlərini, ilk növbədə, mülkiyyət münasibətlərini özündə ehtiva edən münasibətlər sistemidir. Ona görə də əmtəə-pul münasibətlərinin məzmunu və onu xarakterizə edən əlamətlərin məcmusu bir istehsal üsulundan digərinə keçdikdə dəyişməz qalmır. Onlar həm də eyni istehsal üsulu çərçivəsində də dəyişir.