gototop gototop

Dictionary

ENERJİ TƏHLÜKƏSİZLİYİ

(yunanca - energiya - iş, fəaliyyət, ingiliscə - security - təhlükəsizlik) - normal şəraitdə və həmçinin, fövqəladə hallarda ölkə və region əhalisinin, vətəndaşlarının, dövlət və iqtisadiyyatın müqabil keyfiyyətli, iqtisadi girişli yanacaq-enerji resursları təminatı defisitindən qorunması, eyni zamanda, enerji və yanacaq təchizatının stabilliyinin pozulması təhlükələrindən mühafizəsi vəziyyəti. Dünyada enerji təhlükəsizliyi probleminin dərki ilk dəfə ərəb-İsrail konflikti ilə əlaqədar dünya neft qiymətlərinin kəskin artması fonunda baş vermişdir. Neftin təchizatının tam olaraq dayandırılması Qərb ölkələrində enerji təhlükəsizliyinin təminatı üzrə tədbirlərin görülməsinə səbəb olmuşdur.