gototop gototop

Dictionary

DİLER

(ingiliscə - dealer - ticarət aparan, agent) 1) sadə agent-vasitəçi (broker) keyfiyyətində deyil, öz adından və öz şəxsi hesabından (iş üçün öz pul vəsaitlərini qoyan qitmətli kağız, valyuta, qiymətli metallar alış-verişini həyata keçirən) birja əməliyyatları keçirən, fond birjasının agenti olan ayrıca şəxs və ya firma. Əgər broker alqı-satqıda yalnız vasitəçilik edir və buna görə gəlir əldə edirsə, diler həm də sonradan daha baha qiymətə satmaq məqsədilə qiymətli kağızlar alır. 2) malları topdan alaraq onun pərakəndə və ya kiçik partiyalarla satışını reallaşdıran biznes iştirakçısı, fiziki və hüquqi şəxs. Bir qayda olaraq, dilerlər istehsalçı firmanın agenti olmaqla diler şəbəkəsinin iştirakçıları rolunda çıxış edirlər. Dilerlər bir-birilə, brokerlərlə, bilavasitə alıcı və ya satıcılarla sövdələşmələrə girə bilərlər. Bəzi hallarda ayrı-ayrı kommersiya bankları da diler kimi çıxış edə bilərlər.