gototop gototop

Dictionary

DƏNİZİN TƏDQİQ EDİLMƏSİ ÜZRƏ BEYNƏLXALQ ŞURA

(ingiliscə - International Council for the Exploration of the Sea - Dənizin tədqiq edilməsi üzrə Beynəlxalq Şura) - Atlantik okeanda və onu əhatə edən dənizlərdə balıqçılıq təsərrüfatları yaratmaq, okeanoqrafik tədqiqatları kordinasiya etmək və onlardan səmərəli istifadə üçün təkliflər hazırlamaq təyinatlı beynəlxalq şura. 1902-ci ildə təsis edilmiş, 1964-cü ildə yeniləşmiş və 2002-ci ildə yüz illiyi ilə əlaqədar “Kopenhagen bəyanaməsi” kimi təsdiq edilmişdir. Mənzil-qərərgahı Danimarkanın paytaxtı Kopenhagen şəhərində yerləşir.