gototop gototop

Dictionary

DEVALVASİYA

(latınca - de - azalma və valeo - əhəmiyyət daşamaq) - sərt valyutalara, beynəlxalq hesab vahidlərinə nisbətdə ölkənin valyuta kursunun aşağı düşməsi, pulun real qızıl məzmunun kiçilməsi. Devalvasiya mövcud qanunvericilik üzrə ölkə hökuməti tərəfindən rəsmi tanına bilər. Bu açıq devalvasiyada hökumət dövriyyədən müəyyən pul kütləsini çıxarmaq və ya qiymətdən düşmüş pulları dəyişməklə onu öz valyutasının möhkəmləndirilməsi vasitəsinə çevirir. Qapalı (gizli) devalvasiyada kağız pulların qiymətdən düşməsi və onların qızıl məzmunun azalmasına baxmayaraq pul kütləsi hissəsinin dövriyyəndən çıxarılması baş vermir.