gototop gototop

Dictionary

DEMOKRATİYA VƏ İQTISADI İNKIŞAF UĞRUNDA TƏŞKILAT,

(ingiliscə - Organization for Democracy and Economic Development, GUAM - Demokratiya və Iqtisadi Inkişaf Uğrunda Təşkilat, GUAM) - 1997-ci ildə dörd ölkə - Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova tərəfindən yaradılmış dövlətlərarası regional təşkilat. Adı üzv ölkələrin adlarının ingilis dilindəki baş hərflərindən əmələ gəlir. 1999-cu ilin aprelindən 2006-cı ilə qədər Özbəkistan da bu təşkilatın üzvü olmuşdur. Həmin vaxt təşkilat QUUAM adlanırdı. GUAM dövlətləri ərazilərində mövcud olan münaqişələrin həlli məqsədilə bir sıra tədbirlər görməkdədirlər. Qərargahı Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşir.