gototop gototop

Dictionary

CƏNUBİ QAFQAZ REGİONU ÖLKƏLƏRİ

Qafqaz regionunun cənub hissəsi ərazisindıə yerləşən Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları. Müasir siyasi nöqteyi-nəzərdən Qafqazın ərazisi Samur çayının sağ sahili ilə Şimali Qafqaz - Rusiya Federasiyası və Cənubi Qafqaz - Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları arasında bölüşdürülmüşdür. Bununla belə, Türkiyə özünün şərq regionlarını Qafqaz regionuna aid edir. Cənubi Qafqaz “Avropa-Asiya” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərini birləşdirən mühüm geostrateji region kimi də fərqlənir.