gototop gototop

Dictionary

BMT- nin BEYNƏLXALQ TİCARƏT KOMMİSİYASI - YUNSİTRA

(ingiliscə - United Nations Commission on International Trade Law, UNCITRAL, BMT-nin Beynəlxalq Ticarət Kommisiyası, YUNSİTRAL) - beynəlxalq ticarət hüququnun inkişafına kömək məqsədilə yaradılmış BMT Baş Assambleyasının yardımçı orqanı. 1966-cı ildə təsis olunmuşdur, 1968-ci il yanvarın 1-dən fəaliyyət göstərir, hüquqi aktların testlərinin qəbul edilməsi haqqında məsələni nəzərdən keçirən ölkələrə və beynəlxalq ticarət hüququ sahəsində mütəxəssislərin hazırlanmasına yardım edir, kommersiya sövdələşmələri üçün müasir, ədalətli və razılaşdırılmış qaydalar işləyib hazırlayır. YUNSİTRAL-ın katibliyi BMT-nin Hüquqi Məsələlər İdarəsinin Beynəlxalq Ticarət Hüququ Sektorudur. Katiblik Avstriyanın paytaxtı Vyana şəhərində yerləşir.