gototop gototop

Dictionary

BİTİŞİK ZONA

(ingiliscə - adjacent zone, contiguous zone - bitişik zona) - sahilyani dövlətin suverenliyindən kənar, eni 12 dəniz milindən artıq olmayan, açıq dənizin bir hissəsini əhatə edən su məkanı. Bitişik zona əcnəbi gəmiləri tərəfindən gömrük, vergi, sanitar və miqrasiya qaydalarına əməl olunmasına nəzarəti həyata keçirmək məqsədilə sahilyanı dövlətin müəyyən etdiyi, onun ərazi dənizinə bitişik açıq dəniz rayonudur. Bitişik zonanın sahibi bu sularda qaçaqmalçılıqla məşğul olan nəqliyyat vasitələrini həbs edə bilər. Eyni zamanda bu sulara balıq ovu üçün lisenziya vermək hüququ da həmin dövlətə məxsusdur.