gototop gototop

Dictionary

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATI, BMT

(ingiliscə - United Nations Organization, UNO - Birləşmiş Millətlər Təşkilatı, BMT) - əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək  olan dövlətlərarası beynəlxalq təşkilat. BMT İI Dünya müharibəsindən sonra, 1945-ci ildə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmışdır. Hazırda 193 ölkə bu təşkilatın üzvüdür. Müstəqil dövlətlərdən yalnız Vatikan BMT-nin üzvü deyildir. Əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. 1992-ci ildən Azərbaycan Respublikası BMT-nin üzvüdür. BMT-nin qərargahı ABŞ-ın Nyu-York şəhərindədir.